AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

 

Azərbaycan Milli Konservatoriyasinda Musiqi günü

 

Sentyabr ayının 18-də hər il olduğu kimi dahi korifey Üzeyir bəyin doğum günündə bütün respublika Musiqi gününü qeyd edir. Bu münasibətlə Azərbaycan Milli Konservatoriyasında 17 sentyabr Musiqi günü təntənəli şəkildə qeyd olundu.

Tədbirdə bir sıra qonaqlar iştirak edirdi. Bu sırada Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, pianoçular xalq artisti Murad Adigözəlzadə, Murad Hüseynov, eləcə də Konservatoriyanın professor, müəllim və tələbə heyəti əlamətdar günü birlikdə qeyd etmək üçün Milli Konservatoriyanın həyətinə yığışmışdı.

18-sentyabr

Tədbirdə AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev çıxış edərək hər kəsi Musiqi günü münasibəti ilə təbrik etdi.

Tədbir yürüşlə başladı, Milli nəfəs və zərb alətlərinin ifasında Ü.Hacıbəylinin «Koroğlu» operasından «Çənlibel» xoru səsləndirildi. Bir il öncə yaranan Milli Hərbi Orkestrinin ifası dinləyicilərin marağına səbəb oldu.

18-sentyabr

Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Xalq artisti, AMK-nın dirijorluq kafedrasının müdiri Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestri çıxış etdi. İlahə Hüseynovanın dirijorluğu ilə bir sıra əsərlər səsləndirildi. Ü.Hacıbəylinin «Koroğlu» operasından «Uvertura», «Cəngi» ifa olundu. Orkestrin müşayəti ilə Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, Arzu Əliyeva, Bəyimxanım Vəliyevanın ifasında «Qarabağ şikəstəsi»nin ifası və hər il olduğu kimi bu zərbi muğamı Qarabağda, Üzeyir Haclbəylinin doğulduğu torpaqda ifa edilmək arzusu ilə tədbir başa çatdı.

Mövzuya uyğun