AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“Konservatoriya” jurnalı 2024 № 2 (63)

Nərmin BAĞIROVA

 AMK-nın “Etnomusiqişünaslıq” ixtisası üzrə magistr

Elmi rəhbər: sənətşünaslıq üzrə fəlsəfə doktoru,

dosent Jalə Qulamova

Ünvan: Yasamal rayonu, Ə.Ələkbərov küç.7

E-mail: narminbagirova40@gmail.com

 

DOI: 10.62440/AMK2024-1.s.6-18

UOT: 780.06   

 

MÜASİR DÖVRDƏ GƏNCƏDƏ AŞIQ İFAÇILIQ ƏNƏNƏLƏRİNİN QORUNMASI VƏ İNKİŞAFI

 

Xülasə: Folklorun ayrı-ayrı janr və növlərinin bölgələr üzrə öyrənilməsi etno­musiqişünaslığın aktual problemlərini təşkil edir. Azərbaycanda aşıq sənətinin ge­ni­ş yayıldığı bəzi bölgələr artıq bir sıra tədqiqat işlərində araşdırılmışdır. Lakin qədi­m və böyük tarixi olan Gəncə bölgəsinin müasir aşıq sənəti müstəqil tədqiqat işi kimi araşdırılmamışdır. Bu baxımdan təqdim olunan məqalənin mövzusu aktuallıq kəsb edir. Bizim müraciət etdiyimiz mövzu müasir dövrdə Gəncədə aşıq ifaçılıq ənənələrinin qorunması və inkişafı məsələlərinə həsr olunub. Məqalədə mühitin tarixi məsələlərinə toxunulmuş, aşıqların və aşıq kollektivlərinin fəaliyyəti müzakirə edilmişdir. Gəncə Azərbaycanın həm mədəni, həm tarixi, həm də strateji baxımından olduqca əhəmiyyətli bir bölgəsidir. Buna görə də belə bir bölgənin mədəni irsinin bir parçası olan aşıq sənətinin araşdırılmasını müasir dövr­ün mühüm və aktual mövzularından biri hesab edirik. Təqdim etdiyimiz mə­qalədə əsas məqsədimiz Gəncə aşıq mühitinin bəzi xüsusiyyətlərini, aşıqların repertuarını və ifaçılıq sənətkarlığını, müasir dövrdə aşıq ifaçılıq ənənələrinin necə qorunması və inkişafını araşdırıb üzə çıxartmaqdır. Hazırkı araşdırmada Gəncənin müasir aşıqlarının ifasında bir neçə havanı təhlil etməklə bu bölgədə aşıq sənətinin inkişafının bu gün hansı səviyyədə olduğunu göstərmək istədik.

 Açar sözlər: Gəncə, aşıq, mahnı, məktəb, folklor, xalq musiqisi

endir

PDF

ƏDƏBİYYAT:

  1. Ağbaba A.İ. Ağbaba-Çıldır aşıq mühiti. Bakı.: Elm və təhsil, 2012, 309 s.
  2. Eldarova Ə.M. Azərbaycan aşıq sənəti. B.: Elm, 1992, 168 s.
  3. İsmayılzadə R. Y. Gəncənin musiqi yaddaşı. B.: Elm, 2007, 47 s.
  4. Kərimli A.O. Azərbaycan aşıq sənətində məktəblər və onların araşdırılması. «Azərbaycan milli musiqisinin tədqiqi problemləri» e/m toplusu. /I buraxılış/. B.: «Qobustan», № 1–2, 1993.
  5. Köçərli İ.T. Aşıq bayatıları milli musiqili-poetik intonasiya edilmə modeli kimi / Azərbaycan etnomusiqişünaslığı üzrə oçerklər. Bakı, 2017, s.111-124
  6. Mənsimova Z.İ. Zaqatala aşıq mühiti, B.: Folklor İnstitutu, 2014, 216 s.
  7. Məmmədov T.A. Azərbaycan aşıq yaradıcılığı. B.: Apostrof, 2011, 325 s.
  8. Paşayev S.P. (Pirsultanlı Sədnik Paşa). Ozan-aşıq sənətinin nəzəri məsələləri. B.: Ozan, 2002, 208 s.

Saytoqrafiya:

  1. Elvin MustafayevAşıq sənətinin dahi nümayəndələri. URL:https://goyce.az/news.php?id=564
  2. Aşıq Mayis Gəncəli. Vikipediya, azad ensiklopediya URL: https: //az.wikipedia.org/wiki/A%C5%9F%C4%B1q_Mayis_G%C9%99nc%C9%99li
  3. Gəncə aşıqları dastanı. URL:https://az.wikipedia.org/wiki/S%C9%99rraf_Qas%C4%B1mDastanlar:
  4. Ustad Aşıq Mayıs Gəncəli — “Vanağzı”, 2012.06.15. URL:https://www.youtube.com/watch?v=qGi2HNakYLs—Aşıq Mayıs
  5. Azərbaycanın ənənəvi musiqisi. Qəhrəmanlıq dastanları. URL:http://enene.musigi-dunya.az/d_koroglu_misri.html
  6. Azərbaycanın ənənəvi musiqisi. Mikayıl Azaflı. «AMANDIR». URL:http://enene.musigi-dunya.az/qoshma_azafli1.html
  7. Vikimənbə. Koroğlu dastanı / Durna teli. URL:https://az.wikisource.org/wiki/Koro%C4%9Flu_dastan%C4%B1/Durna_teli
  8. Aşıq Müğənni İlqar Nəcəfoğlu Ustad Aşıq Ulu Ozan Dədə Şəmşirin 125 illiyinə həsr olunmuş yubiley. İlqar Nəcəfov.URL:https://www.youtube.com/watch?v=MV4vRIMWF8M

 

 Нармин БАГИРОВА

АНK, магистр этномузыкологии

 

СОХРАНЕНИЕ И РАЗВИТИЕ ТРАДИЦИЙ АШУГСКОГО ИСПОЛНЕНИЯ

В СОВРЕМЕННОМ МИРЕ

 

Аннотация: Изучение различных жанров и видов фольклора по регионам сос­тавляет актуальную задачу этномузыкологии. Некоторые регионы, где ашу­г­с­кое искусство распространено в Азербайджане, уже изучена в ряде научных исс­ле­дований. Однако современное ашугское искусство Гянджинского региона, имею­щее древнюю и богатую историю, не исследовалось как самостоятельная исс­ле­до­вательская работа. С этой точки зрения тема представленной статьи явля­ет­ся актуальной. Тема, которую мы затрагиваем – Гянджа в наше время пос­вя­ще­на становлению и развитию исполнительских традиций ашугской музыки. В ста­тье была рассмотрена историческая деятельность ашугов и ашугских кол­лек­тивов. Гянджа – культурно, исторически и стратегически важный регион Азер­байджана. Поэтому мы считаем изучение искусства ашуга, являющегося частью культурного наследия такого региона, одной из важных и актуальных тем. Наша основная цель в представленной статье – исследовать и раскрыть не­ко­торые особенности ашугской среды в Гяндже, ашугского репертуара и испол­ни­тельского искусства, способы сохранения и развития ашуг-исполнительских тра­диций в современное время. В настоящем исследовании мы хотели показать совре­менный уровень развития искусства ашугов в этом регионе, проа­на­ли­зи­ро­вав несколько песен в исполнении современных ашугов Гянджи.

Ключевые слова: Гянджа, ашуг, песня, школа, фольклор, народная музыка

 

Narmin BAGIROVA

ANC, Master of Ethnomusicology

 

PRESERVATION AND DEVELOPMENT OF ASHIQ PERFORMANCE TRADITIONS IN YOUTH IN THE MODERN PERIOD

 

Abstract: The study of different genres and types of folklore by regions constitutes the actual problems of ethnomusicology. Some regions where ashiq art is widespread in Azerbaijan have already been investigated in a number of research studies. However, the modern Ashiq art of the Ganja region, which has an ancient and great history, has not been investigated as an independent research work. From this point of view, the topic of the presented article is relevant. The topic we are addressing is dedicated to the issues of establishment and development of ashiq performing traditions in Ganja in the modern era. The historical issues of the environment were touched upon in the article, and the activities of ashiqs and ashiq collectives were discussed. Ganja is a culturally, historically, and strategically important region of Azerbaijan. Therefore, we consider the study of Ashiq art, which is a part of the cultural heritage of such a region, to be one of the important and relevant topics of the modern era. Our main goal in the presented article is to investigate and reveal some features of the Ashiq environment in Ganja, Ashiq’s repertoire and performing arts, how to preserve and develop Ashiq-performance traditions in modern times. In the current study, we wanted to show the current level of ashiq art development in this region by analyzing several airs performed by modern ashiqs of Ganja.

Keywords: Ganja, ashiq, song, school, folklore, folk music

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Jalə Qulamova;

filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Baxşəliyev 

Mövzuya uyğun