AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» № 4 2017

Nərmin İSGƏNDƏROVA

AMK-nın konsertmeysteri

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: angel.madina@outlook.com

  UOT: 78.071.1

SƏİD RÜSTƏMOVUN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİNİN FƏALİYYƏTİNƏ DAİR

 endir

PDF 

 

 

 

Xülasə: Məqalə S.Rüstəmovun Ü.Hacıbəylinin ənənələrinə sadiq qalaraq Azərbaycan xalq çalğı alətləri orkestrinin repertuarının genişlənməsində və inkişafında göstərdiyi fəaliyyət tarixinə həsr olunub.   

Açar sözlər: S.Rüstəmov, XÇA orkestri, bəstəkar, dirijor

 

Azər­bay­can mu­si­qi ta­ri­xin­də mil­li alət­lər bö­yük in­ki­şaf yo­lu ke­çə­rək bu gü­nü­mü­zə gə­lib çıx­mış­lar. Öz in­ki­şaf döv­rün­də bu alət­lər­dən nə­in­ki ay­rı­lıq­da, elə­cə də dəs­tə­lər şək­lin­də bay­ram və şad­lıq mə­ra­sim­lə­rin­də is­ti­fa­də edi­lib.Be­lə qrup­lar­dan bi­ri XX əs­rin əv­vəl­lə­ri sa­zən­də dəs­tə­lər­dən xa­nən­də Cab­bar Qar­yağ­dı­oğ­lu, tar­zən Qur­ban Pi­ri­mov və ka­man­ça ça­lan Sa­şa Oqa­ne­zaş­vi­li­dən iba­rət an­sambl idi. 1920-ci il­də Ba­kı­da ilk də­fə ola­raq not­suz XÇA or­kest­ri ya­ran­mış­dır. Or­kest­rin kon­sert­meys­te­ri məş­hur tar­zən Qur­ban Pi­ri­mov idi.

1931-ci il Azər­bay­can mu­si­qi ta­ri­xin­də da­ha bir ye­ni­lik ol­du. İyir­mi iki nə­fər he­yət­dən iba­rət not­lu XÇA or­kest­ri fəa­liy­yə­tə baş­la­dı. Di­ri­jo­ru Ü.Ha­cı­bəy­li, di­ri­jor kö­mək­çi­si və kon­sert­mey­te­ri S.Rüs­tə­mov olan or­kestr mu­si­qi mək­tə­bi tə­lə­bə­lə­rin­dən iba­rət idi. Or­kest­rin tər­ki­bi aşa­ğı­da­kı alət­lər­dən iba­rət idi: 1. Nə­fəs alət­lə­ri qru­pu: I, II ba­la­ban­lar 2.Zərb alət­lə­ri qru­pu: dəf, na­ğa­ra 3. Ka­man­lı alət­lər qru­pu: I, II ka­man­ça­lar 4. Miz­rab­lı alət­lər qru­pu: I, II tar­lar.

Or­kest­rin qar­şı­sın­da du­ran mə­sə­lə­lər­dən bi­ri ho­mo­fon mu­si­qi­yə alış­mış ta­ma­şa­çı­nı çox­səs­li mu­si­qi­yə alış­dır­maq idi.Bu məq­səd­lə də Ü.Ha­cı­bəy­li Azər­bay­can xalq mah­nı və rəqs­lə­ri­nə mü­ra­ci­ət edə­rək on­la­rı XÇA or­kest­ri üçün iş­lə­miş­dir.S.Rüs­tə­mov da xalq mu­si­qi nü­mu­nə­lə­ri­nin or­kestr va­si­tə­si­lə təb­li­ği­nə bö­yük ma­raq gös­tə­rir­di. O, “Ya­dı­ma düş­dü” aşıq mah­nı­sı və “Ya­xan düy­mə­lə”, “Gəl­mə-gəl­mə”, “Sa­rı gə­lin” xalq mah­nı­la­rı­nı, ey­ni za­man­da “Rast”, “Şur”, “Ma­hur”, “Ça­har­gah”, “Ba­ya­tı-Şi­raz”, “Kür­dü-Şah­naz” və s. mu­ğam­la­rı­nı or­kestr­ləş­dir­miş­dir.

1932-ci ilin son­la­rın­da bəs­tə­kar Ü.Ha­cı­bəy­li or­kestr üçün iri həcm­li əsər­lər yaz­ma­ğa baş­la­yır. Or­kestr üçün iki fan­ta­zi­ya  – “Ça­har­gah” və “Şur” ya­zır. Bu­nun­la da da­hi bəs­tə­kar XÇA or­kest­ri­nə ilk də­fə ola­raq for­te­pia­no alə­ti­ni da­xil edir.

1935-ci il­də S.Rüs­tə­mo­vun or­kestr­də fəa­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rən Ü.Ha­cı­bəy­li ona di­ri­jor­luq pul­tu­nu hə­va­lə edir. Qırx il ər­zin­də bu or­kest­rin bə­dii rəh­bə­ri və baş di­ri­jo­ru iş­lə­yən S.Rüs­tə­mov 1935-ci il­də or­kestr üçün “Ba­ya­tı-kürd” fan­ta­zi­ya­sı­nı və “Şad­lıq rəq­si” pye­si­ni ya­zır. S.Rüs­tə­mov or­kest­rə rəh­bər­lik et­di­yi dövr­lər­də çox­lu say­da qast­rol sə­fər­lə­rin­də çı­xış edir. 1938-ci il­də Mosk­va­da Azər­bay­can Ədə­biy­yat və İn­cə­sə­nə­ti on­gün­lü­yün­də Ü.Ha­cı­bəy­li­nin “Ar­şın mal alan” mu­si­qi­li ko­me­di­ya­sı­nı XÇA or­kest­ri S.Rüs­tə­mo­vun rəh­bər­li­yi ilə mü­şa­yi­ət edir. Ü.Ha­cı­bəy­li bu ko­me­di­ya­nı XÇA or­kest­ri üçün iş­lə­mə­yi S.Rüs­tə­mo­va hə­va­lə et­miş­di. Bu işin öh­də­sin­dən la­yi­qin­cə gə­lən S.Rüs­tə­mov par­ti­tu­ra­ya o vax­ta ki­mi or­kestr­də is­ti­fa­də olun­ma­yan  saz və tü­tək alət­lə­ri­ni əla­və edir. “Prav­da” qə­ze­ti bu haq­da ya­zır­dı: “Hə­sas və zə­ka­lı us­tad olan di­ri­jor S.Rüs­tə­mov Ü.Ha­cı­bəy­li­nin va­le­he­di­ci mu­si­qi­si­nin par­laq xü­su­siy­yət­lə­ri­ni din­lə­yi­ci­lə­rə yax­şı çat­dı­ra bil­di” (5).

S.Rüs­tə­mo­vun ya­ra­dı­cı­lı­ğı­nın ye­ni mər­hə­lə­si mü­ha­ri­bə il­lə­ri­nə tə­sa­düf edir. Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin tə­si­ri mu­si­qi in­cə­sə­nə­tin­dən də yan keç­mə­miş­dir. Cəb­hə, qəh­rə­man­lıq möv­zu­su in­san­lar­da və­tən­pər­vər­lik ru­hu ya­rat­maq mu­si­qi in­cə­sə­nə­ti­nin baş­lı­ca möv­zu­su­na çev­ril­miş­di. Bəs­tə­ka­rın “Cəb­hə­yə”, “İrə­li”, “Sər­həd­çi­lər mah­nı­sı”, “Şan­lı or­du­muz” əsər­lə­ri bu qə­bil­dən­dir. Bu dövr­də qəh­rə­man­lıq möv­zu­sun­da hər­bi mu­si­qi­nin ye­ni for­ma­sı – “Cən­gi” ya­ra­nır. Ü.Ha­cı­bəy­li ilk də­fə 1942-ci il­də XÇA or­kest­ri üçün “Cən­gi” əsə­ri­ni bəs­tə­lə­yir. Par­ti­tu­ra­ya ilk də­fə ola­raq zur­na alə­ti­ni əla­və edir. Bu ənə­nə­nə­ni bir ne­çə bəs­tə­kar (Zül­fü­qar Ha­cı­bə­yov, Fik­rət Əmi­rov, Sü­ley­man Ələs­gə­rov, Adil Gə­ray, Ağa­ba­cı Rza­ye­va və b.) da­vam et­di­rə­rək həm­çi­nin “Cən­gi” və “Qəh­rə­ma­ni” ad­lı əsər­lər bəs­tə­lə­yir­lər.

Azər­bay­can din­lə­yi­ci­lə­ri­ni dün­ya klas­sik­lə­ri­nin məş­hur əsər­lə­ri ilə ta­nış edən bəs­tə­kar da S.Rüs­tə­mov ol­muş­du. O, V.A.Mo­sart, F.Şu­bert, F.Men­del­son, J.Bi­ze, M.İ.Qlin­ka, P.İ.Çay­kovs­ki və baş­qa­laı­nın əsər­lə­ri­ni or­kestr­ləş­di­rib ifa et­dir­miş­dir.

Mü­ha­ri­bə il­lə­rin­də Tbi­li­si­də Za­qaf­qa­zi­ya res­pub­li­ka­la­rı­nın So­vet mu­si­qi­si on­gün­lü­yün­də S.Rüs­tə­mo­vun rəh­bər­li­yi ilə XÇA or­kest­ri­nin ya­ra­dıl­ma­sı­na həsr olu­nan üçün­cü kon­sert Z.Pa­li­aş­vi­li adı­na Gür­cüs­tan Ope­ra və Ba­let Te­at­rın­da ke­çi­ril­miş­dir. Bu kon­sert­də S.Ələs­gə­rov, A.Rza­ye­va, C.Ca­han­gi­rov, A.Gə­ray, H.Xan­məm­mə­do­vun əsər­lə­ri ilə ya­na­şı, S.Rüs­tə­mo­vun “Qəh­rə­ma­ni” əsə­ri səs­lən­di. Bu kon­sert ba­rə­də gör­kəm­li mu­si­qi­şü­nas A.İkon­ni­kov “Mə­ha­rət­li ifa­çı­lar” ad­lı mə­qa­lə­sin­də ya­zır­dı: “Azər­bay­ca­nın ifa­çı dəs­tə­lə­ri çox qüv­vət­li­dir. S.Rüs­tə­mo­vun rəh­bər­li­yi ilə xalq çal­ğı alət­lə­ri or­kest­ri Azər­bay­can xalq mu­si­qi­si­nin zən­gin­li­yi­ni çox mə­ha­rət­lə gös­tə­rə bil­di. Hə­min or­kestr çox ma­hir mu­si­qi­çi­lər­dən təş­kil edil­miş gö­zəl kol­lek­tiv­dir” (3). Mü­ha­ri­bə il­lə­rin­də­ki fəa­liy­yə­ti­nə gö­rə S.Rüs­tə­mov iki me­dal­la – “Qaf­qa­zın  mü­da­fiə­si üçün” və “Bö­yük Və­tən mü­ha­ri­bə­sin­də fə­da­kar əmə­yə gö­rə” – təl­tif olu­nur.

Mü­ha­ri­bə­dən son­ra­kı dövr­də XÇA or­kest­ri­nin re­per­tua­rı da­ha da zən­gin­lə­şir, ki­çik for­ma­lı əsər­lər­lə ya­na­şı, iri for­ma­lı ori­ji­nal əsər­lər də ya­ra­nır. Be­lə əsər­lər­dən bi­ri də S.Rüs­tə­mo­vun 1946-cı il­də yaz­dı­ğı “Azər­bay­can süi­ta­sı”dır. Bu əsər XÇA or­kest­ri kol­lek­ti­vi­nin ifa­çı­lıq im­kan­la­rı­nı zən­gin­ləş­di­rir. Mu­si­qi­şü­nas İ.Kra­tov ya­zır­dı: “S.Rüs­tə­mo­vun “Azər­bay­can süi­ta­sı”nda kol­lek­ti­vin mu­si­qi is­te­da­dı və tex­ni­ki im­kan­la­rı, onun ifa­də­li və yük­sək an­sambl mə­də­niy­yə­ti əhə­miy­yət­li də­rə­cə­də özü­nü gös­tə­rir” (4).

1949-cu il Azər­bay­can bəs­tə­kar­la­rı­nın ya­ra­dı­cı­lıq on­gün­lü­yü­nə həsr olun­muş kon­sert­də XÇA or­kest­ri ən fə­al iş­ti­rak­çı­lar­dan bi­ri ol­muş­du. Or­kest­rin ifa­sı­nı din­lə­yən bö­yük rus bəs­tə­ka­rı D.Şos­ta­ko­viç öz fik­ri­ni mət­bu­at­da bö­lüş­müş­dür: “İlk növ­bə­də F.Əmi­ro­vun xalq çal­ğı alət­lə­ri or­kest­ri­nin mü­şa­yiə­ti ilə for­te­pia­no kon­ser­ti­ni qeyd et­mək is­tə­yi­rəm. Bu əsə­ri Azər­bay­can mu­si­qi hə­ya­tın­da ən əhə­miy­yət­li ha­di­sə ad­lan­dır­maq olar. S.Rüs­tə­mo­vun rəh­bər­lik et­di­yi xalq çal­ğı alət­lə­ri or­kest­ri bö­yük tə­əs­sü­rat ba­ğış­la­dı” (1). Bu kon­sert­lə bağ­lı “So­vets­ka­ya mu­zı­ka” jur­na­lı da oz fik­ri­ni bil­dir­miş­di: “Or­kestr zən­gin və rən­ga­rəng pa­lit­ra­ya ma­lik­dir. Bə­zi ilk Azər­bay­can an­sambl­la­rı­nın uni­son tər­zi­nin ək­si­nə ola­raq bu or­kestr­də har­mo­nik ve po­li­fo­nik im­kan­dan ge­niş is­ti­fa­də olu­nur” (2). S.Rüs­tə­mo­vun 1948-ci il­də yaz­dı­ğı “Rəqs süi­ta­sı” da bu kon­sert­də or­kest­rin ifa­sın­da mü­vəf­fə­qiy­yət­lə səs­lən­miş­dir. Xalq bay­ra­mı mu­si­qi löv­hə­lə­ri­ni xa­tır­la­dan proq­ram­lı əsə­rin his­sə­lə­ri fa­si­lə­siz ola­raq ke­çir. Be­lə ki, çe­vik-di­na­mik bi­rin­ci his­sə “Cı­dır”, ar­dın­ca qız­la­rın li­rik yal­lı­sı “Gə­lin­lər” və şux şən­lik lov­hə­lə­ri­ni can­lan­dı­ran üçün­cü his­sə “Yal­lı” ve­ri­lir.

50-ci il­lər­də S.Rüs­tə­mov ya­ra­dı­cı­lı­ğı ye­ni əsər­lə­rə zən­gin­lə­şir. XÇA or­kest­ri üçün “Vals”, “Üç say­lı süi­ta” və 1954-cü il­də “Dur­na” mu­si­qi­li ko­me­di­ya­sı­nı xalq çal­ğı alət­lə­ri or­kest­ri üçün iş­lə­miş­dir. Lib­ret­to­su xalq şai­ri Sü­ley­man Rüs­tə­mə aid olan əsə­rin ta­ma­şa­sı Sə­id Rüs­tə­mo­vun rəh­bər­li­yi ilə XÇA or­kest­ri­nin mü­şa­yiə­ti ilə len­tə alı­na­raq də­fə­lər­lə səs­lən­di­ril­miş­dir. Bun­lar­la ya­na­şı, bəs­tə­kar ru­mın xalq mah­nı­sı “Kum İq­not” və Pol­şa rəq­si “Tro­yak”ı XÇA or­kest­ri üçün iş­lə­miş­dir.

Bu il­lər ər­zin­də XÇA or­kest­ri­nin bə­dii rəh­bə­ri iş­lə­yən S.Rüs­tə­mov onun re­per­tua­rı­nı zən­gin­ləş­dir­miş, is­te­dad­lı ifa­çı­la­rın ye­tiş­di­ril­mə­sin­də, ifa­çı­lıq mə­də­niy­yə­ti­nin yük­səl­mə­sin­də bö­yük iş­lər gör­müş­dür. Həm­çi­nin alət­lə­rin tər­ki­bin­də də­yi­şik­lik­lər edə­rək bas tar, bas ba­la­ban, saz­lar qru­pu və sim­fo­nik or­kestr alət­lə­rin­dən klar­ne­ti XÇA or­kest­ri­nə da­xil et­miş­dir.

Mu­si­qi sa­hə­sin­də­ki xid­mət­lə­ri­nə gö­rə kol­lek­tiv rəh­bə­ri S.Rüs­tə­mov “Qır­mı­zı Əmək Bay­ra­ğı” or­de­ni ilə, or­kestr üzv­lə­ri­nin bir ço­xu isə fəx­ri ad­lar­la təl­tif olun­muş­dur. 1960-cı il­də XÇA or­kest­ri “Əmək­dar kol­lek­tiv” fəx­ri adı­na la­yiq gö­rül­dü. 1967-ci il XÇA or­kest­ri mu­si­qi ta­ri­xin­də da­ha bir ye­ni­lik ol­du, tar və XÇA or­kest­ri üçün ilk kon­sert ya­zıl­dı. Mü­əl­lif or­kest­rin bə­dii rəh­bə­ri, baş di­ri­jo­ru S.Rüs­tə­mov ol­muş­dur. Bu əsər bə­dii es­te­tik tə­si­ri və par­laq me­lo­di­ya­la­rı ilə diq­qə­ti cəlb edir­di. Kon­sert klas­sik kon­sert for­ma­sı­na is­ti­nad edə­rək mil­li əh­va­li-ru­hiy­yə­li me­lo­di­ya­lar­la zən­gin bir əsər idi. Elə hə­min il SSRİ-nin 50 il­li­yi mü­na­si­bə­ti­lə Azər­bay­can SSR həf­tə­sin­də in­cə­sə­nət us­ta­la­rı­mı­zın Mosk­va­da çı­xış­la­rı ol­muş­du. “Ədə­biy­yat və in­cə­sə­nət” qə­ze­ti bu ba­rə­də ya­zır­dı: “Res­pub­li­ka­nın əmək­dar kol­lek­ti­vi – Azər­bay­can ra­dio və te­le­vi­zi­ya­sı­nın xalq çal­ğı alət­lə­ri or­kest­ri Azər­bay­ca­nın xalq ar­tis­ti S.Rus­tə­mo­vun rəh­bər­li­yi ilə din­lə­yi­ci­lə­ri F.Əmi­ro­vun for­te­pia­no kon­ser­ti­nin üçün­cü his­sə­si ilə ta­niş et­di. So­list – Azər­bay­can SSR əmək­dar ar­tis­ti Ta­mil­la Mah­mu­do­va əla tex­ni­ka nü­ma­yiş et­dir­di”.70-ci il­lər­də or­kest­rin re­per­tua­rı ye­ni əsər­lər­lə zən­gin­lə­şir. Bəs­tə­kar Bö­yük Okt­yabr So­sia­list in­qi­la­bı­nın 60 il­li­yi mü­na­si­bə­ti ilə XÇA or­kest­ri üçün “Okt­yabr” kan­ta­ta­sı­nı (söz­lə­ri: Rə­fiq Zə­ka), V.İ.Le­ni­nin ana­dan ol­ma­sı­nın 100 il­li­yi­nə həsr et­di­yi beş his­sə­li “Da­hi rəh­bər” (söz­lə­ri: Tə­lət Əy­yu­bov və Rə­fiq Zə­ka) kan­ta­ta­sı­nı və res­pub­li­ka­nın 50 il­li­yi­nə həsr et­di­yi dörd his­sə­li “Azər­bay­can” (söz­lə­ri: Rə­fiq Zə­ka) kan­ta­ta­sı­nı ya­zır. 40 ilə ya­xın za­man için­də S.Rüs­tə­mo­vun sə­yi nə­ti­cə­sin­də XÇA or­kest­ri de­yən­də ilk növ­bə­də, Res­pub­li­ka Döv­lət Te­le­vi­zi­ya və Ra­dio Ve­ri­liş­lə­ri şir­kə­ti­nin əmək­dar kol­lek­ti­vi ya­da dü­şür. 1974-cü il­dən 2016-cı ilə ki­mi S.Rüs­tə­mo­vun adı­nı da­şı­yan XÇA ors­kest­ri­nə Res­pub­li­ka­nın Xalq ar­tis­ti, pro­fes­sor Nə­ri­man Əzi­mov rəh­bər­lik et­miş­dir.  Hal-ha­zır­da or­kest­rin bə­dii rəh­bə­ri əmək­dar ar­tist Fa­iq Sa­dı­qov və di­ri­jo­ru Fər­had Qa­ra­yu­sif­li or­kest­rin in­ki­şa­fın­da, onun ifa­çı­lıq im­kan­la­rı­nın ge­niş­lən­mə­sin­də, re­per­tu­ar dia­pa­zo­nu­nun ar­tı­rıl­ma­sın­da Nə­ri­man mü­əl­li­min tə­şəb­bü­sü ilə fəa­liy­yət gös­tə­rir­lər.

ƏDƏBİYYAT:

  1. Шостакович Д.Д. Смотр музыкальной культуры Азербайджана. // «Советская кулътура» 1949, 12 ноябрь
  2. Нестьев И. Фере В. Прекрасный рассвет Азербайджанской музыки. Ж. «Советская музыка»,1949, №12, с.73
  3. A.İkonnikov. Məharətli ifaçılar. //“Kommunist” qəz., 1945, 3 yanvar.
  4. Кратов И. Азербайджанский народный оркестр. // «Советская музыка» jurnalı, 1967-ci il, №10, s.11.
  5. Славин Л.Аршин мал алан. // “Pravda” qəz., 1938, 10 aprel.

 

Нармин ИСКЕНДЕРОВА

Концертмейстер АНК

 

О ДЕЯТЕЛЬНОСТИ САИД РУСТАМОВА В

ИСТОРИИ ОРКЕСТРА НАРОДНЫХ ИНСТРУМЕНТОВ

 

Резюме: Представленная статьяпосвящена творческой деятельности Саида Рустамова, который, продолжая традиции У.Гаджибейли, внёс значительный вклад в развитие Оркестра Народных Инструментов и расширил его репертуар.

Ключевые слова: Саид Рустамов, оркестр народных инструментов, композитор, дирижор

 

Narmin ISGANDAROVA

Concertmaster of ANC

 

SAID RUSTAMOV IN HISTORY OF THE NATIONAL ORCHESTRA OF FOLK INSTRUMENTS

 

Summary: The submitted article is devoted to creative activity Said Rustamov who, carrying on U.  Hajibeyli’s traditions, has brought the significant contribution in development of Orchestra of National İnstruments and has expanded its repertoire.

Key words: Said Rustamov, Orchestra of National İnstruments, composer, conductor

 

Rəyçilər:

dosent Ramiz Əzizov,

dosent  Leyla Zalıyeva

Mövzuya uyğun