Dördbucaq formalı balabanın layihəsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
Xalq artisti, professor
AMK-nın müəllimi
AMK-nın laboratoriya müdiri
Dördbucaq formalı balabanın layihəsi
Açar sözlər: balaban, alətin strukturu, səs diapazonu, alətin forması
Layihənin məqsədi: Dairəvi gövdəyə malik olan balabanın bütün xarakterik xüsusiyyətlərini və ölçülərini hazırlayacağımız dördbucaq formalı balabana tətbiq olunması.
Balabanın iç dairəsinin sahəsi S ; R – balabanın borusunun iç radiusu.
R = 8 mm D balabanın borusunun iç diametri D = 16 mm
Dördbucağın sahəsi S = A x H; A = H olduğundan S = A2
Balabanın borusunun ic diametrini 16 mm qəbul edək D =16. Bu halda dairənin radiusu R=8 mm olacaq. Beləliklə, dairənin sahəsi Sd
Şəkil № 1.
Sd – dairənin sahəsi
P dairənin uzunluğunun diametrinə olan nisbətidir. Yəni . Bu əmsal alimlər tərəfindən 3,14 qəbul olunmuşdur.
R – dairənin radiusudur. Bu dairə üçün R = 8 mm. P = 3,14
S= = 100,48mm2 deməli, balabanın iç en kəsiyinin sahəsi = 100, 48 mm2. Fərz edək ki, 1 saniyə ərzində bu sahədən keçən havanın həcmi = 103 mm-ə bərabərdir.
Dördbucaq balabanda nəyi əsas götürmək lazımdır? Əlbəttə iç dairənin sahəsi dördbucağın sahəsinə bərabər olmalıdır. Yəni S dairə = S dördbucaq; dördbucağın sahəsi Sd = A x H Şəkil №2. Dördbucağın tərəfləri bərabər olduğundan a = h; daha doğrusu, A x A = A2 deməli, Sd.b = a2.
Sd – dairənin sahəsi
Sd.b – dörd bucağın sahəsi
Sd.b = Sd olduğundan Sd=100,96 mm2 Sd.b = 100, 96 mm2. Şəkil №3 dördbucaq balabanın kəsilmiş formasıdır. Deməli, dördbucağın sahəsi = 100,96 = a2 a = 10,04788534 mm. Əgər en kəsik sahələrini bərabərləşdirə bilsək, bu halda qeyd etdiyimiz zaman kəsiyində və stabil 1 atmosfer təzyiqdə keçən suyun həcmi, həm dairədə, həm də dördbucaqda bərabər olacaq. Keçiricilik və həcmlər bərabər olduğundan, not üçün dairəvi balabanda açılan dəliklıərin sayı və dəliklər arasındakı məsafələr eynilə dördbucaq balabanda da həmin sayda və həmin məsafədə olmalıdır.
Dördbucağın sahəsi:
Sd = A x H olduğundan a-nın və h-ın qiymətlərini tənlikdə yerinə qoysaq alırıq. Sd məlumdur = 100, 96.
Sd = 10,0478853 x 10,0478853 = 100,96 — deməli, burada sahələrin bərabərliyi əldə edilir və alətin düzəldilməsi üçün ölçü parametrləri müəyyənləşir.
Balabanın hissələri
- Gövdə;
- Dəlikər (üst dəlik 8 ədəd, “sinə” dəlik 1 ədəd);
- Qamış (səs mənbəyi);
- Kökləyici;
- Qamış ağızlığı.
Balabanın ölçüləri:
- İç diametr 16 mm;
- Çöl diametr – 21 mm;
- Korpusun uzunluğu – 345 mm;
Dördbucaq balabanın üstün cəhətləri:
- Musiqi alətini daha tez hazırlamaq mümkündür;
- Ağac itkisi az olur;
- İstənilən uzunluqda musiqi alətini hazırlamaq problem yaratmır;
- Alətdə asanlıqla bəzək işarələrini aparmaq mümkündür.
Bu layihəni icra etməkdən ötrü nəfəs alətlərinin hazırlanması üzrə mütəxəssis Teymur Hüseynovla məsləhətləşmələr aparılmış və yekdil fikrə gəlinmişdir.
İnanırıq ki, layihənin uğurlu həlli və icrası nəfəs alətlərinin təkmilləşməsində və inkişafında böyük uğurlara cığır açacaq.
Народный артист Азербайджана, профессор
Заслуженный артист, преподаватель АНК
Руководитель научно-исследовательской лаборатории АНК
Проект балабана четырехугольной формы
Резюме
В статье предлагается проект по изготовлению балабана четырехугольного строения и приводится несколько веских аргументов в пользу изменения обычной округлой формы данного инструмента.
Ключевые слова: балабан, структура инструмента, звуковой диапазон, форма инструмента
People’s Artist of Azerbaijan, professor
Honored Artist of Azerbaijan, lecturer of ANC
The head of the research laboratory of ANC
The project of balaban of a quadrangular shape
Summary
In article a value of the project a balaban’s quadrangular structure is offered and some telling arguments in favor of change of the usual roundish form of the given music instrument is proposed.
Key words: balaban, structure of the instrument, sound’s diapason, form of the instrument.
Rəyçilər: dosent Lalə Hüseynova;
dosent Ülkər Əliyeva.