Zurna musiqi alətində təkmilləşdirmə işi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
Xalq artisti, professor
AMK-nın müəllimi
Laboratoriya müdiri
Zurna musiqi alətində təkmilləşdirmə işi
Açar sözlər: zurna, alətin hissələri, səs diapazonu, üçbucağın sahəsi
Zurna musiqi alətinin hissələri aşağıdakılardan ibarətdir:
Şəkil №1
- Gövdə
- Səs tənzimləyicisi (beçə, maşa)
- Milin oturacaqları
- Tağalaq
- Mil (səs ötürücü)
- Səs mənbəyi (qamış və ya plastik)
- Səs mənbəyinin qoruyucusu (qapaq)
- Üz not dəlikləri
- Zurnada arxa not dəlikləri
Zurnada səs diapazonu birinci oktavanın fa diyez səsi ilə başlayır və 3-cü oktavanın lya səsi ilə bitir. Nəfəs aləti olan zurnanın gövdəsi arxasında açılmış əlavə “a” və “b” dəlikləri yenidir və onlar birinci oktavanın (sol, sol diyez və lya) səslərini verməklə ifaçıya yardımçı olur (şəkil № 2). Beləliklə, alətin səs diapazonu 2 oktavadan yuxarıdır. Bu o deməkdir ki, alətdə xromatik səslənmədə temperasiyalı səs sisteminə uyğun olaraq 27 səsi sərbəst şəkildə götürmək mümkündür.
Təkmilləşmiş zurna musiqi aləti aşağıdakı materiallardan hazırlanır:
Gövdə — ərik, qoz ağacından və ebonitdən;
Səs tənzimləyici ərik, tut və ebonitdən;
Mil və milin oturacaqları əlvan metallardan;
Tağalaq hissə isə sümük və plastik materiallardan;
Səs mənbəyi qamış və plastikdən;
Səs mənbəyinin qoruyucusu isə ağac materialından hazırlanır.
Səs mənbəyi qoruyucusunun funksiyası qamış quruduqdan sonra aləti deformasiyadan qorumaqdır.
Zurna musiqi alətinin üz hissəsində dəliklərin sayı 8 ədəddir. Arxa hissədə dəliklərin sayı isə 3-ə bərabərdir.
Zurnanın gövdə hissəsinin iç diametri 13 mm-dən başlayır və sona yaxınlaşdıqca genişlənərək 50 mm-ə qədər çatır.
Zurnanın gövdəsinin üst diametri də həmçinin 21 mm-dən başlayır və sona yaxınlaşdıqca genişlənir. Sonda diametr 60 mm-ə bərabər olur. Zurnada üst və alt dəliklərin diametrləri 7 mm-dən 9 mm-ə qədər dəyişir.
Zurna nəfəs alətində aparılan təkmilləşmə işləri rəqslərin, xalq mahnılarının və muğamların ifası zamanı səs və ya pərdə çatışmazlığı problemini aradan qaldırmış olur.
Народный артист Азербайджана, профессор
Заслуженный артист, преподаватель АНК
Руководитель научно-исследовательской лаборатории АНК
Работа по усовершенствованию национального духового инструмента зурна
Резюме
В статье предлагается расширение звукового диапазона зурны, путем реконструкции некоторых частей инструмента.
Ключевые слова: зурна, структура инструмента, звуковой диапазон, форма инструмента
People’s Artist of Azerbaijan, professor
Honored Artist of Azerbaijan, lecturer of ANC
The head of the research laboratory of ANC
Work on improvement of a national wood-wind instrument of zurna
Summary
In article a value sound’s diapason of zurna, by means of reconstruction of some parts of the music instrument is offered.
Key words: zurna, structure of the instrument, sound’s diapason, form of the instrument
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova;
sənətşünaslıq üzrə elmlər doktoru, dosent Ülkər Əliyeva.